İnsanlara hürriyət, millətlərə istiqlal!

Stalinqrada qədər gəlib çıxan almanlar – indi silaha sarılmaq istəmir

Almaniyada keçirilən yeni ictimai rəy sorğusu ölkədə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı diqqətçəkən nəticələri ortaya qoyub.

Musavat.com xəbər verir ki, respondentlərin cəmi 17 faizi Almaniya ordusunun – Bundesverin mümkün müharibə vəziyyətində ölkəni qoruya biləcəyinə inandığını bildirib.

Sorğu iştirakçılarının 72 faizi isə Bundesverin başqa bir dövlətin hücumunu adekvat şəkildə dəf edə biləcəyinə əmin olmadığını deyib.

Məlumata görə, Almaniyada Rusiyanın mümkün hücumu ilə bağlı qorxu son bir ildə nəzərəçarpacaq dərəcədə azalıb. Hazırda respondentlərin 38 faizi belə təhlükədən narahat olduğunu bildirib. Halbuki 2025-ci ilin payızında bu göstərici daha yüksək idi.

Bununla yanaşı, respondentlərin üçdə ikisi kiberhücumlar, sabotaj və dezinformasiya təhlükəsini ciddi risk hesab edir.

2025-ci ilin avqustunda keçirilən başqa bir sorğunun nəticələrinə görə isə Almaniya vətəndaşlarının 59 faizi ölkəni müdafiə etmək üçün silaha sarılmağa hazır olmadığını bildirib. Həmin vaxt yalnız 16 faiz respondent Almaniyanı qorumaq üçün döyüşməyə qəti hazır olduğunu qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR