İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya husilərə qarşı müharibəyə qoşulur? – Dəməşqdən açıqlama

Suriya silahlı qüvvələri Səudiyyə Ərəbistanı koalisiyasının tərəfində Yəmən müharibəsinə qoşulmayacaq.

Musavat.com xəbər verir ki, bu, Suriya İnformasiya Nazirliyinin ölkənin husilərə qarşı müharibəyə qoşulacağına dair xəbəri təkzib edən bəyanatında yer alıb:

"Dəməşq Səudiyyə krallığını qətiyyətlə dəstəkləyir, lakin onun siyasəti yeni cəbhələrin açılmasını nəzərdə tutmur".

Qeyd edək ki, bundan əvvəl Axios Dəməşq və Ər-Riyadın Ənsar Allah hərəkatına qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Yəmənə 10.000-20.000 Suriya əsgərinin göndəilməsini müzakirə etdiyinə dair məlumat yaymışdı.

Oktyabrın 6-da Suriya prezidenti Əhməd əl-Şaraa Ər-Riyadda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman əl-Səud ilə görüşüb. Onların danışıqları strateji əməkdaşlıq planlarına yönəlib. Əl-Şaraa vəliəhdi "diplomatik yaxınlaşmanı gücləndirmək və birgə ərəb hərəkətlərinin yeni mərhələsinə başlamaq" üçün Dəməşqə səfərə dəvət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR