İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏBİB-dən 24 yaşlı hamilə qadının ölümü ilə bağlı açıqlama - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Tovuz rayon sakini Lalə Quliyeva Sabunçu Tibb Mərkəzində vəfat edib.

Bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, 20.08.2026-cı il saat 22:30 radələrində 2003-cü il təvəllüdlü şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə ölü vəziyyətdə daxil olub.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.//Unikal

***

Bakıda 24 yaşlı hamilə qadın dünyasını dəyişib.

Musavat.com “Bakupost”a istinadən xəbər verir ki, hadisə Sabunçu Tibb Mərkəzində baş verib.

Belə ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib.

Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o həyatını itirib.

Qeyd olunub ki, bu, Lalə Quliyevanın ikinci hamiləliyi olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR