İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdə etirazlar yenidən alovlandı: "Bu dəfə gözləntilərimiz çoxdur" - VİDEO

"Təbrizdə yenidən etirazlar başlayıb. Ötən günlə müqayisədə bu gün daha çox insan küçələrə çıxıb. Budəfəki etirazlardan gözləntilərimiz çoxdur".

Bu sözləri Musavat.com-a açıqlamasında Təbrizin tanınmış milli fəalı Cəmşid Zareyi deyib.

WhatsApp Image 2026-01-10 at 19.03.26.jpeg (67 KB)

Milli fəal bildirib ki, budəfəki etirazlarda da azərbaycanlılar öz şüarlarını səsləndirirlər:

"Ötən gün bir neçə yerdə Pəhləviyə aid şüarlar səsləndirilmişdi və bu bizi məyus etdi. Amma ümid edirik ki, bu gün hər yerdə yalnız öz şüarlarımız səslənəcək: "Azadlıq, ədalət, milli hökumət", "Azərbaycan şərəfdir, Seyid Əli bişərəfdir, "Nə şahçıyam, nə şexyçi, millətçiyəm, millətçi" və s. şüarlar.

Təbrizlilər xarici və daxili təsirlərdən, həmçinin mərkəzi cərəyanlardan uzaq durmağa çalışır, yalnız iqtisadi böhran, işsizlik və azərbaycanlıların milli varlığı uğrunda etirazlara qoşulurlar.

Dünən də, bu gün də Təbrizdə və digər əyalətlərdə internet tamamilə kəsilib. Buna görə milli fəallar bir-biri ilə təmas qura bilmir. Yalnız Tehranda və İsfahanda az sayda insan "Starlink" peyk internetindən istifadə edə bilir. Amma Güney Azərbaycan şəhərlərində, xüsusilə də Təbrizdə bu imkan yoxdur.

Üstəlik, internetin kəsilməsi ilə banklar da fəaliyyətini dayandırıb, bankomatlar işləməyib, insanlar nə banklardan, nə də bankomatlardan pul ala bilirlər. Bu isə ciddi problemlər yaradıb".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR