Onlayn ictimai-siyasi qəzet
ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, son aylarda Livana İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 100 zabiti gəlib.
Musavat.com xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Telekanalın mənbələri iddia edir ki, SEPAH mütəxəssisləri hazırda "Hizbullah" döyüşçülərinin yenidən silahlandırılması və onlara təlim keçirilməsi ilə məşğuldurlar.
Eyni mənbələrin məlumatına görə, Livana qaçan Əsəd rejiminin keçmiş üzvləri də maliyyə vəsaitlərinin qaçaqmalçılığı üçün Suriyadakı şəbəkələrindən istifadə edirlər.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ