Onlayn ictimai-siyasi qəzet
Abşeronda bəzi ərazilərdə su təchizatında fasilə yaranacaq.
Bu barədə Bakı Su Kanal İdarəsindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi 15 ünvanı yaxınlığında Pirallahı magistral su xəttində qəza baş verib.
Qəza ilə əlaqədar Xırdalan şəhərində AAF Park yaşayış kompleksi və ətraf küçələri, Quşçuluq massivi, həmçinin Masazır ərazisinin sol hissəsində su təchizatında fasilələr yaranacaq.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində Bakı Su Kanal İdarəsi tərəfindən müvafiq tədbirlər görülür.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ