İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI

Serbiya hüquq-mühafizə orqanları prezident Aleksandar Vuçiçə qarşı sui-qəsd cəhdi hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Daxili İşlər Nazirliyinin əməkdaşları D.R. (1975-ci il təvəllüdlü) və M.R.-ni (1983-cü il təvəllüdlü) həbs ediblər. Onlar Serbiya Respublikasının konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və silah almaqla ən yüksək dövlət orqanlarını devirmək, Serbiya Respublikasının Prezidentinə, onun həyat yoldaşına və uşaqlarına sui-qəsd cəhdi etmək, eləcə də Respublika Daxili İşlər Nazirliyinin əməkdaşlarına sui-qəsd cəhdi etməkdə şübhəli bilinirlər", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, Serbiya prezidentinə qarşı sui-qəsd cəhdində şübhəli bilinənlər həbs qətimkan tədbiri seçilib. Cinayət işi Kralyevodakı Ali Prokurorluğa göndəriləcək.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2026

27 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR