İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran mesaj verdi: gərginlik daha da dərinləşir

İranın Pakistandakı səfiri Rza Əmiri Moqaddəm ABŞ-yə yönəlik kəskin bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, səfir Vaşinqtonun siyasətini beynəlxalq hüququ pozmaqda ittiham edib və bunun ciddi nəticələrə gətirəcəyini bildirib.

Diplomatın sözlərinə görə, ABŞ eyni anda həm hərbi təzyiqi artırıb, həm də diplomatiyadan danışa bilməz:

“Siz beynəlxalq hüququ pozmağa davam edib, blokadanı gücləndirib, İrana qarşı yeni hərbi cinayətlər ilə hədələyib, əsassız tələblər irəli sürüb, boş ritorika ilə çıxış edərək eyni zamanda ‘diplomatiya’ apardığınızı iddia edə bilməzsiniz”.

Rza Əmiri Moqaddəm vurğulayıb ki, bölgədə əsas gərginlik mənbəyi məhz dəniz blokadasıdır və bu vəziyyət dəyişmədikcə qarşıdurma riski qalacaq:

“Dəniz blokadası davam etdikcə, parçalanma xətləri də qalacaq”.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR