İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehran Vaşinqtona meydan oxudu - ŞOK DETALLAR

İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlamaları diqqətləri çəkib. O, iki gün öncə prezident Məsud Pezeşkian və şəxsinin ABŞ-dən ölkələrinə hücum etməməklə bağlı xahiş etdikləri yönündə yayılan xəbərləri təkzib edib.

Sitat: “ABŞ ilə danışıqlar üçün heç bir xahişimiz olmayıb. Lakin üçüncü tərəflər vasitəçilik üçün səy göstərir və biz onlarla əlaqədəyik”.

Üçüncü tərəflər hansılardır? Nazir nə demək istəyir? Bu, meydan oxumaqdır, yoxsa?..

Məsələni Musavat.com-a şərh edən siyasi şərhçi Fikrət Fəraməzoğlu bildirib ki, İran XİN başçısı Abbas Əraqçinin ABŞ ilə birbaşa danışıqlar aparmamalarıyla bağlı dedikləri realdır.

FEREM.jpg (9 KB)

Ekspertin sözlərinə görə, faktiki olaraq ABŞ onların danışıq təkliflərini qəbul etmir:

“Yəni danışıq aparmaq məsələsində deyilən qədər istəkli deyillər. Əks halda bölgəyə bu qədər hərbi qüvvəni cəlb etməzdilər”.

Siyasi şərhçi vurğulayıb ki, Əraqçi bu açıqlama ilə həm də daxildəki rejim tərəfdarlarına oynayıb:

“İndiyə qədər “ABŞ şeytandır”, “onlarla heç bir danışıq olmayacaq” deyən bir hakimiyyət, təbii ki, xahiş etmədiklərini deməlidir. Hətta o görüntünü yaratmalıdır ki, guya ABŞ onlara “yalvarır”. Əks təqdirdə indiyə qədər dediklərini inkar etmiş olacaqlar”.

ABŞ ilə İran arasında danışıqların təşkilində üçüncü tərəflərin olması məsələsinə də aydınlıq gətirən Fəraməzoğlu həmin dövlətlərin konkret sayda olduqlarını qeyd edib:

“Bu sırada Oman və Qətər öndə gəlir. İndiyə qədər ABŞ-İran danışıqlarını məhz bu iki ölkə bir neçə dəfə təşkil edib. Güman ki, yenə də onlar əsas vasitəçilərdən biridir”.

Amma o, vasitəçiliyi üzərinə götürənlərin arasında başqa dövlətlərin də ola biləcəyini deyib:

“Son zamanların gedişatına baxsaq, üçüncü tərəf statusunda çıxış edən ölkələr arasında Türkiyə və İtaliya da ola bilər. Çünki bu ölkələr də ABŞ-İran danışıqlarının baş tutmasında maraqlıdır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR