İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehranda həyəcan siqnalı: Britaniya səfirliyi bağlandı, diplomatlar ölkədən çıxarıldı

Musavat.com xəbər verir ki, Böyük Britaniyanın Tehrandakı səfirliyi ölkədə artan vətəndaş iğtişaşları və İran ilə ABŞ arasında gərginliyin kəskinləşməsi fonunda müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Bu barədə Politico rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Tehrandakı səfirliyinin əksər əməkdaşları təhlükəsizlik səbəbilə ölkədən çıxarılıb. Qərar Tehranda vəziyyətin sürətlə pisləşməsi, etiraz aksiyalarının genişlənməsi və regionda hərbi-siyasi risklərin artması ilə əlaqələndirilir.

Rəsmi London vəziyyəti yaxından izlədiyini bildirir və səfirliyin fəaliyyətinin bərpasının təhlükəsizlik qiymətləndirmələrinin nəticəsindən asılı olacağını vurğulayır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR