İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan ABŞ-a gözlənilməz rədd cavabı: Razılıq yoxdur

İran tərəfi ABŞ Prezidenti Donald Trampın və bir sıra xarici media orqanlarının Tehranla Vaşinqton arasında razılığın əldə olunduğu və sazişin bu bazar günü Cenevrədə imzalanacağı barədə yaydığı məlumatları qəti şəkildə təkzib edib.

Musavat.com xəbər verir ki, İranın danışıqlar qrupuna yaxın olan "Fars" agentliyinin mənbəsi bildirib ki, ölkədə məsələnin nəzərdən keçirilməsi və qərar qəbulu prosesi hələ başa çatmayıb, ona görə də hər hansı bir sənədin imzalanmasından danışmaq tamamilə vaxtsızdır.

Mənbə onu da xüsusi olaraq vurğulayıb ki, imzalanma tarixi kimi göstərilən bazar günü və məkan olaraq qeyd edilən Cenevrə şəhəri barədə yayılan xəbərlər reallığı əks etdirmir və tamamilə yalandır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR