İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan İran-ABŞ danışıqları ilə bağlı TƏCİLİ AÇIQLAMA

İranın heç bir nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün hazırda İslamabada getməyib və hətta bu məqsədlə yola düşməyə hazırlaşmır.

Musavat.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Rəsmi məlumata əsasən, indiyədək İrandan İslamabada nə əsas, nə köməkçi, nə də ilkin hazırlıq qrupu olmaqla heç bir nümayəndə heyəti göndərilməyib.

Qeyd olunur ki, media resurslarında İran təmsilçilərinin Pakistana uçması və ya artıq oraya çatması ilə bağlı yayılan bütün xəbərlər həqiqəti əks etdirmir.

Xatırladaq ki, bundan əvvəl "CNN" telekanalı öz mənbələrinə istinadən ABŞ və İran arasındakı danışıqların ikinci raundunun aprelin 22-si səhər saatlarında baş tutacağını bildirib. Məlumatda ABŞ nümayəndə heyətinə vitse-prezident Cey Di Vensin rəhbərlik edəcəyi iddia olunur.

"Al-Hadath" telekanalı isə tərəflərin çərşənbə axşamı eyni vaxtda İslamabada gələcəyini, "Al Jazeera" isə İranın "ilkin nümayəndə heyətinin" artıq Pakistanda olduğunu irəli sürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR