Onlayn ictimai-siyasi qəzet
İran Hörmüz boğazındakı sualtı telekommunikasiya kabellərini hədəf alaraq Fars körfəzi ölkələrini qlobal internet şəbəkəsindən tamamilə ayırmaqla hədələyir.
Musavat.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən "Tasnim" agentliyi bu kritik kabellərin yerləşdiyi xəritəni dərc edərək açıq xəbərdarlıq yayıb.
SEPAH-ın bəyanatında bildirilir ki, əgər hər hansı bir səbəbdən – istər təbii fəlakət, istər gəmi qəzası, istərsə də qəsdən törədilən hərəkətlər nəticəsində Hörmüz boğazındakı əsas xətlər eyni vaxtda kəsilərsə, ərəb dövlətlərini "rəqəmsal fəlakət" silkələyəcək.
Hazırda boğazın dibində regionu Avropa, Asiya və Yaxın Şərqin data mərkəzləri ilə birləşdirən yeddi nəhəng kabel sistemi yerləşir.
"Stimson Center"in analitikləri qeyd edirlər ki, dünya üzrə məlumat trafikinin 15 faizi məhz bu boğazdan keçir və bu infrastruktur ABŞ, eləcə də onun müttəfiqləri olan BƏƏ, Qətər, Bəhreyn, Küveyt, Səudiyyə Ərəbistanı və İraq üçün həyati əhəmiyyət kəsb edir. İranla yaranan diplomatik gərginliyə görə bu xətlər Oman sularından keçsə də, Tehranın bu cür hədələri qlobal rəqəmsal təhlükəsizliyi ciddi risk altına qoyur.
Ekspertlərin fikrincə, bu kabellərin zədələnməsi təkcə internetin kəsilməsi deyil, həm də beynəlxalq bank əməliyyatlarının və strateji rabitənin iflic olması deməkdir. Hazırda region ölkələri və beynəlxalq koalisiya sualtı infrastrukturun qorunması üçün əlavə tədbirlər görməyə başlayıb.
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ