İnsanlara hürriyət, millətlərə istiqlal!

“Tərbiyə prosesinin başını buraxmışıq” – Tural Abbaslı

“Hər ölkənin özünün spesifikası, yaşam tərzi, yazılmış və yazılmamış qanunları var. Ona görə də gənclərimizi tərbiyyə edərkən şərt deyil ki, başqa ölkələrin təcrübəsindən istifadə edək. Təəssüf ki, Azərbaycanda Elm və Təhsil Nazirliyi də daxil olmaqla aidiyyəti qurumlar əhalinin, uşağın, gəncin tərbiyə prosesi ilə məşğul deyil. Orta məktəblərin hamısında şagirdlərə test etməyi öyrədirlər, amma tərbiyə, əxlaq anlayışını aşılamırlar, yaşam tərzini, anaya, ataya, qonşuya hörməti öyrətmirlər. Biz tərbiyə prosesinin başını buraxmışıq”.

Bunu Musavat.com-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. O, bildirib ki, məktəblər şagirdlərə bilik verməklə işinin bitdiyini hesab edir: “Orta məktəblərdə şagirdə tərbiyə adına nə öyrədilir? Uşaqlar günün böyük hissəsini sosial şəbəkədə keçirir və orada qanuni oğruları, qətlləri izləyirlər, görürlər. Bizim uşaqların tərbiyəsində boş buraxdığımız sahələri sosial şəbəkələr bu cür doldurur. Nətiədə terror və cinayətkar şəbəkələr bizim uşaqları idarə edirlər. Bu məsələyə qanunvericilik və dövlət səviyyəsində baxılmalıdır. Sovet dönəmində bir ideologiya, tərbiyyə metodu var idi. İndi isə bu mövzuda ideoloju boşluq yaşanır.

Nəticədə uşaqlarımız, yeniyetmələrimiz sosial şəbəkədəki zərərli vərdişlərin, oyunların təsirinə düşür və oradakı mafiya başçılarının müridi olur. Bu geniş müzakirə olumalı olan bir məsələdir. Tez bir zamanda hökumət səviyyəsində bununla bağlı proqram yaradılmasa, Azərbaycan gəncliyinin sonu olmayacaq. Türkiyədə, Rusiyada, İranda pis-yaxşı bir ideologiya var. Təəssüf ki, bizim aidiyyəti qurumlar gəncliyimizlə bağlı belə həssas mövzunu gözardı edirlər. Nəticədə dəyərlərimiz məhv olub, sıradan çıxır”.

Qeyd edək ki, Bakıdakı “İdrak” liseyində şagirdin müəllimi güllələməsindən sonra yeniyetmələrin, gənclərin tərbiyyəsi ilə bağlı məsələ yenidən müzakirə yaradıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR