İnsanlara hürriyət, millətlərə istiqlal!

Tez xarab olan mallarla bağlı yeni qaydalar

Milli Məclisin bu gün keçirilən plenar iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.

Musavat.com bildirir ki, layihəyə əsasən, barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 3 (üç) iş günü müddətinə dayandırılacaq.

Sənəddə qeyd olunur ki, müraciət edən şəxsin əsaslandırılmış müraciəti olduqda göstərilən müddət daha 3 (üç) iş gününədək uzadılacaq.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR