İnsanlara hürriyət, millətlərə istiqlal!

Timoşenko rüşvət qalmaqalında – "səs alveri" gündəmi silkələdi

Musavat.com xəbər verir ki, Ukrayna parlamentinin bir qrup deputatı Milli Antikorrupsiya Bürosunun (NABU) sabiq baş nazir Yuliya Timoşenko ilə bağlı ciddi şübhələr irəli sürdüyünü təsdiqləyib.

Bu barədə xüsusilə “Avropa həmrəyliyi” fraksiyasından olan deputat Aleksey Qonçarenko açıqlama verib. Onun sözlərinə görə, NABU-nun araşdırmalarında adı keçən şübhəli deputat həmkarlarına “doğru səsvermə” müqabilində qanunsuz maddi təkliflər irəli sürüb.

Qonçarenkonun iddiasına əsasən, Yuliya Timoşenko bir neçə deputatla danışıqlar apararaq onların “Batkivşina” fraksiyasına keçməsi və ya qeyri-formal şəkildə bu siyasi qüvvəyə qoşulması üçün pul təklif edib. Bildirilir ki, sözügedən danışıqlar deputatlardan biri tərəfindən gizli şəkildə qeydə alınıb və əldə olunan materiallar NABU-ya təqdim edilib.

Rəsmi qurumlar hələlik istintaqın detalları və mümkün hüquqi nəticələrlə bağlı geniş açıqlama verməyiblər. Bununla belə, yayılan məlumatlar Ukrayna siyasi kulislərində ciddi rezonans doğurub və Timoşenkonun ətrafında yeni qalmaqalın formalaşdığını göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR