Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp ölkəsinin həm süni intellekt, həm də hərbi texnologiyalar sahəsində rəqiblərini xeyli qabaqladığını bəyan edib.
Musavat.com xəbər verir ki, Tramp çıxışında ABŞ-ın arsenalında dünya ictimaiyyətinə məlum olmayan qabaqcıl silahların olduğunu bildirib:
“Biz Çin də daxil olmaqla bütün rəqiblərimizi süni intellekt texnologiyalarında və hərbi sahədə xeyli geridə qoymuşuq. Elə silahlarımız var ki, onların mövcudluğundan çoxları, ümumiyyətlə, xəbərsizdir”.
Trampın sözlərinə görə, ABŞ-ın müdafiə sənayesi və elmi-texnoloji potensialı hazırda dünyada “misilsiz səviyyəyə” çatıb. O, bu üstünlüyün ölkənin milli təhlükəsizliyi və qlobal güc balansı baxımından həlledici rol oynayacağını da vurğulayıb.
Musavat.com
05 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ