İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp administrasiyası iddialardan yayınır: “Həssas danışıqları şərh etməyəcəyik”

Musavat.com xəbər verir ki, ABŞ mediasında yayılan məlumatlar — iddialara görə, Vaşinqtonun Ukraynaya təzyiq göstərərək “sülh planını” qəbul etdirməyə çalışdığı və bunun üçün silah və kəşfiyyat məlumatlarının dayandırılması ilə hədələdiyi — Tramp administrasiyasının reaksiyasına səbəb olub.

BBC News-un sorğusuna cavab verən Tramp administrasiyasından nümayəndə bu məlumatları nə təsdiq, nə də təkzib edib:

“Biz mediada yayılan və həssas xarakter daşıyan sülh müzakirələrini şərh etməyəcəyik — belə danışıq olub-olmamasından asılı olmayaraq”. 

Rəsmi nümayəndənin sözlərinə görə, ABŞ prezidenti həm Rusiya, həm də Ukrayna ilə işləməyə davam edir və məqsəd müharibəyə mümkün qədər tez son qoymaqdır, çünki münaqişə artıq “çoxsaylı mənasız ölümlərə” səbəb olub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR