İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp administrasiyasından İsrailə kəskin TƏZYİQ

ABŞ-nin Donald Tramp administrasiyası İordan çayının qərb sahilində məskunlaşan yəhudilərin fələstinlilərə qarşı zorakı əməllərinə göz yumulduğu və insan hüquqlarının pozulduğu iddiası ilə İsrailə qarşı cəza tədbirləri görməyi nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri məlumat yayıb. 

Nəşrin bildirdiyinə görə, Birləşmiş Ştatlar administrasiyası fələstinlilərin hüquqlarını ciddi şəkildə pozmaqda ittiham olunan İsrail Müdafiə Qüvvələrinin (TSAHAL) xüsusi bölmələrinə məhdudiyyətlərin tətbiq edilməsini, habelə ABŞ istehsalı olan silahların istifadəsinə qadağa qoyulmasını müzakirə edir.

Bundan əlavə, Vaşinqton məskunlaşanların hücumlarına şərait yaradan və ya göz yuman İsrail hərbçilərini və polis əməkdaşlarını "qara siyahı"ya salmağı planlaşdırır. Amerikalı rəsmilərin regiondakı prosesləri yaxından izlədiyi bildirilir.

Bununla belə, mənbələr qeyd edir ki, bu sərt addımların rəsmən elan olunması və tətbiqi İsrail və ABŞ-də keçiriləcək seçkilərin yekunlaşmasından sonraya saxlanıla bilər. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR