İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Kanada-Aİ yaxınlaşmasına münasibət bildirib: Bu, düşmənçilik hərəkəti olsa...

ABŞ prezidenti Donald Tramp Kanadaya Avropa İttifaqınıın assosiativ üvü status verilməsi ehtimalına münasibətini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, Şimali Karolinada jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb:

"Əgər onlar bunu etsələr və mən bunu düşmənçilik hərəkəti hesab etsəm, bir çox məhsula çox əhəmiyyətli tariflər tətbiq edəcəyəm və ya Avropa ilə ticarəti dayandıracağam. Əgər onlar bunu xoş niyyətlə etsələr, bu normaldır. Amma əgər bu düşmənçilik hərəkətidirsə, biz Avropaya çox əhəmiyyətli tariflər tətbiq edəcəyik".

Xatırladaq ki, "The Wall Street Journal" qəzeti sentyabrın 12-də mənbələrə istinadən xəbər verib ki, Kanadanın Baş naziri Mark Karni ölkəsi üçün Aİ-nin assosiativ üzv statusu almağı düşünür ki, bu da Ottavaya üzvlük tələb etmədən bir sıra iqtisadi və siyasi üstünlüklər yaradacaq. Karni bu məlumata münasibət bildirərək qeyd edib ki, Kanada Aİ ilə "unikal ittifaq" yaratmaq üçün danışıqlara başlamaq niyyətindədir, lakin üzvlük üçün çalışmayacaq.

Sentyabrın 16-da Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Aİ-nin Kanadaya birliyin ilk assosiativ üzvü olmaq imkanı təklif edəcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR