Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp aktyor Corc Kluni və ailəsini Fransa vətəndaşlığını aldıqlarına görə tənqid edib.
Musavat.com xəbər verir ki, o, fikrini Truth Social hesabında açıqlayıb. Tramp mövqeyini Fransanın immiqrasiya siyasəti ilə əsaslandırıb: "Bütün dövrlərin ən pis siyasi proqnozçularından ikisi olan Corc və Amal Kluni rəsmi olaraq Fransa vətəndaşı oldular. Təəssüf ki, bu ölkə, yuxulu Co Bayden administrasiyası kimi, immiqrasiyaya qarşı tamamilə dəhşətli münasibətlərinə görə ciddi cinayət probleminin mərkəzindədir".
Qeyd edək ki, 29 dekabrda AFP agentliyi Corc Kluninin həyat yoldaşı və iki uşağı ilə birlikdə Fransa vətəndaşlığını aldığına dair məlumat yayıb.
Musavat.com
19 Iyul 2026
18 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ