Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Vladimir Putinə yaxın adamın oğluna yüksək məbləğli hədiyyə etdiyini etiraf edib.
Musavat.com xəbər verir ki, o, jurnalistlərin sualına cavab olaraq oğlunun toy xərclərinin bir hissəsini ödəyən rusiyalı iş adamı Umar Kremlevə həmin pulu geri ödəyəcəyini deyib.
ABŞ prezidentinin sözlərinə görə, məlumatın yayılmasından sonra o, kiçik Donald Trampdan bu barədə soruşub və oğlu ona Kremlevə pulu tam ödəyəcəyinə söz verib: "Bu, bir müddət əvvəl baş verib, ona görə də eşitdiyimə görə, o, pul ödəyir".
Qeyd edək ki, bundan əvvəl ProPublica Kremlevin kiçik Donald Tramp və Bettina Andersonun Baham adalarında üç günlük toy mərasiminin bir hissəsini, o cümlədən şəxsi adanın icarəsini, atəşfəşanlığı və digər xərcləri ödədiyinə dair məlumat yayıb. Kiçik Trampın sözçüsü Kremlevin iştirakını inkar etməyib və onu "Donun şəxsi dostu" adlandırıb.
Sözügedən şəxs varlı rusiyalı iş adamı və Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlevdir.
ProPublica-nın əvvəllər də bildirdiyi kimi, Kremlev may ayında kiçik Trampın Baham adalarında baş tutan toy mərasimlərinin xərclərini ödəyib. Nəşrin məlumatına görə, xərclər yüz minlərlə dollar təşkil edib.
Məlumatın dərc olunmasından sonra ABŞ Konqresindəki demokratlar Kremlevin prezidentin oğlunun toy mərasimlərində maliyyə iştirakı ilə bağlı araşdırmaya başlayıblar. Reuters qeyd edir ki, araşdırma toy mərasimlərinin maliyyələşdirilməsi ilə bağlı məlumatlarla bağlıdır.
Tramp əvvəl Kremlevi tanımadığını iddia edib.
Kiçik Trampın sözçüsü prezidentin yeni açıqlamasından sonra Reuters-in şərh istəyinə hələ cavab verməyib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ