Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatların prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-a dizel yanacağının tədarükü barədə anlaşma əldə olunduğunu bəyan edib.
Musavat.com xəbər verir ki, Tramp Rusiya lideri ilə keçirdiyi telefon danışığının son dərəcə uğurlu keçdiyini bildirib.
Siyasətçi razılaşmanın təfərrüatları barədə yazıb: “Mən elə indicə Rusiya Prezidenti Vladimir Putinlə son dərəcə uğurlu danışığımı yekunlaşdırdım. Danışıq əsnasında Rusiyanın dərhal ABŞ və dünya bazarına 300 min tondan çox, noyabr ayı ərzində əlavə 500 min ton, daha sonra isə dərhal 1 milyon ton dizel yanacağı tədarük etməsi barədə razılaşma əldə olundu. Bundan əlavə, dizel emalı zavodlarının vəziyyətindən asılı olaraq, Rusiya qısa müddət ərzində əlavə 3 milyon ton dizel yanacağı da çatdıracaq.

Hürmüz boğazına tam nəzarətimiz və Rusiya enerjisi ilə bağlı bu mühüm bəyanat sayəsində, amerikalılar və bütün dünya üçün dizel qiymətləri rekord həddə və sürətlə aşağı düşəcək! Amerikalılar, xüsusən də böyük fermerlərimiz, maldarlarımız və sürücülərimiz üçün qiymətlərin endirilməsi mənim əsas prioritetimdir. Bu, çox böyük və mühüm bəyanatdır. Əlavə olaraq anlaşılmalıdır ki, İranın nüvə silahı olmayacaq! Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm”.
Musavat.com

15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ