Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp ötən il sərvətinin görünməmiş artımının tutduğu vəzifədəki fəaliyyəti ilə hər hansı bir şəkildə əlaqəli olduğunu inkar edib.
Musavat.com xəbər verir ki, o, CNBC-yə verdiyi müsahibədə hazırda ailə biznesini övladlarının idarə etdiyini, özünün bu işlə məşğul olmadığını əsas gətirib.
ABŞ prezidentindən ara seçkilərdə Demokratlar Nümayəndələr Palatasında çoxluq qazansalar, qanunvericilərin Trampın prezident kimi rekord sərvəti ilə bağlı araşdırma başlatacağından qorxub-qorxmadığı soruşulub: "Mən biznesimlə heç nə etmirəm; onu övladlarım idarə edir. Mən çoxlu pul yatırmışam, çoxlu pulum olub və çoxlu pulum var. Mən həmişə pul qazanmışam, yaxşı iş adamıyam".
Musavat.com
04 Iyul 2026
03 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ