Onlayn ictimai-siyasi qəzet
Qeyri-kommersiya Azadlıq Mətbuat Fondu və "The Intercept" birlikdə Nyu-Yorkun Cənub Dairəsində ABŞ prezidenti Donald Trampa qarşı məhkəmə iddiası qaldırıblar.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iddia Trump Media & Technology Group (TMTG) tərəfindən maliyyə bazarı mütəxəssislərinə "Truth Social" sosial şəbəkəsindəki ən nüfuzlu hesablardan paylaşımlara ultrasürətli giriş satan xidmətin yaradılması ilə bağlıdır.
İddia ərizəsində qeyd edilir ki, işdə cavabdehlər Donald Tramp və ABŞ administrasiyasıdır: "Prezident Tramp sosial şəbəkəsi olan Truth Social-da rəsmi hökumət açıqlamalarına prioritet giriş üçün ayda 100.000 dollar alır. Bu qəribə sxem korrupsiyalaşmış və konstitusiyaya ziddir və iddiaçılar bu işi dayandırmaq üçün iddia qaldırırlar".
İddiaçıların sözlərinə görə, təkcə ötən il Amerika liderinin səhifəsində ABŞ administrasiyasında kadr dəyişiklikləri ilə bağlı elanlar, eləcə də Ukraynadakı münaqişələr, İranla müharibə və Venesuela prezidenti Nikolas Maduronun həbsi daxil olmaqla beynəlxalq məsələlərlə bağlı açıqlamalar daxil olmaqla 9000 ilə 11.000 arasında paylaşım və repost dərc edilib.
Bildirilir ki, Trampa məxsus şirkətin bu cür hərəkətləri ABŞ Konstitusiyasına Birinci və Beşinci Düzəlişləri pozur. İddiaçılar Tramp və onun administrasiyasının hökumət məlumatlarını yalnız Truth Social-da dərc etməsini qadağan etmək üçün məhkəmə qərarı tələb edirlər.
Qeyd edək ki, iyul ayında TMTG "Truth Social"-dakı ən nüfuzlu hesablardan paylaşımlara lisenziyalı real vaxt rejimində giriş təmin edən Truth API xidmətini işə saldığını elan edib. Trampın Truth Social hesabının 12,9 milyon izləyicisi var və bu, onu sosial şəbəkədəki ən populyar akkaunt edir.
Truth API xidməti 1 avqustda istifadəyə verilib.
Musavat.com
22 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ