Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Air Force One təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən Ukrayna müharibəsinin mümkün nizamlanması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə son təmaslarına toxunaraq onun razılaşmaya hazır olduğunu bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Zelenski açıq şəkildə razılaşma istədiyini deyib: “Dedi ki, razılaşma istəyir. Parametrlər ümumilikdə məlumdur. Bu, elə bir məsələ deyil ki, altı-yeddi aydır müzakirə olunmamış olsun”.
Tramp qeyd edib ki, Air Force One təyyarəsində jurnalistlərlə söhbət zamanı bu mövzuya xüsusi diqqət ayrılıb. O əlavə edib ki, Davos səfəri çərçivəsində Ukrayna ilə bağlı çoxsaylı görüşlər keçirib: “Davosda bu mövzuda çox söhbətlər oldu və yaxşı olardı ki, bu müharibə bitsin. Əgər görüşlər yoxdursa, heç nə baş vermir. Biz görüşürük və görəcəyik nə olacaq”.
Rusiya–Ukrayna müharibəsinin nizamlanmasının çətinliklərindən danışan Tramp əsas maneənin sərhəd və ərazi məsələləri olduğunu vurğulayıb: “Burada küçələr var, çaylar var, sərhədlər var. Müharibənin harada bitdiyini müəyyənləşdirmək çətindir. Bu, bir az mürəkkəbdir”.
Bununla belə, ABŞ prezidenti öz təcrübəsinə istinad edərək nikbin mövqe nümayiş etdirib: “Mən bunu əvvəllər də yaşamışam — beş başqa müharibədə. Onları çox qısa müddətdə, bir neçə günə həll etmişəm. Bu müharibə isə uzanır”.
Tramp həmçinin bildirib ki, onun fikrincə, həm Zelenski, həm də Rusiya prezidenti Vladimir Putin razılaşmada maraqlıdır və proses düzgün aparılarsa, çox sayda insanın həyatını xilas etmək mümkün ola bilər.
Musavat.com
27 Iyun 2026
26 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ