İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın 57 rəqəminə Cənubi Koreyadan reaksiya: Şimali Koreya nə qədər nüvəyə sahibdir?

Cənubi Koreyanın Müdafiə Nazirliyi Şimali Koreyanın (KXDR) nüvə arsenalının həcmini qiymətləndirib.

Musavat.com xəbər verir ki, ölkənin müdafiə naziri An Gyu Bək Pxenyanın nüvə potesialı barədə danışarkən Seulun rəsmi ehtimallarını açıqlayıb.

"Bir qayda olaraq, biz Şimali Koreyanın 80-dən 120-yə qədər nüvə döyüş başlığına sahib olduğunu hesab edirik, lakin dəqiq rəqəmi söyləmək son dərəcə çətindir", – deyə nazir parlamentdəki çıxışı zamanı bildirib.

"Yonhap" agentliyinin verdiyi məlumata görə, Müdafiə naziri bu bəyanatla ABŞ Prezidenti Donald Trampın Şimali Koreyanın 57 "çox güclü" nüvə döyüş başlığına malik olması barədə çıxışından sonra parlamentin iclasında sualları cavablandırarkən çıxış edib.

Nazir vurğulayıb ki, Trampın səsləndirdiyi məlumatlar özəl təşkilatların ehtimallarına əsaslanır və Cənubi Koreya bu rəqəmlərin dəqiqliyini rəsmən təsdiq edə bilməz.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR