İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın növbəti hədəfi bəlli oldu: Vaşinqtondan Kubaya hərbi müdaxilə siqnalı

ABŞ Müdafiə Naziri Pit Heqset Vaşinqtonun Kubaya qarşı hərbi güc tətbiq etmə ehtimalını istisna etməyib.

Musavat.com xəbər verir ki, mətbuat nümayəndəsinin Prezident Donald Trampın Kubanın növbəti hədəf ola biləcəyi barədə fikirlərini xatırlatması və prosesin hərbi komponentinin olub-olmayacağı ilə bağlı sualını cavablandıran Hegset, hərbi ssenarilər də daxil olmaqla bütün variantların masada olduğunu vurğulayıb.

Nazir bildirib ki, Kuba rəhbərliyinin Prezident Trampın Amerikanın strateji maraqlarını qorumaq qətiyyətinə diqqət yetirməsi ağıllı addım olardı, çünki bu ölkə ABŞ üçün rəqib səviyyəsində deyil.

Müdafiə idarəsinin rəhbəri həmçinin regiondakı xarici təsirlərə də toxunaraq, Rusiya, Kuba, İran və Venesuela kimi tərəflərin bölgədəki güc balansını, xüsusən də ABŞ-ın üstünlüyünü yaxşı başa düşdüklərini qeyd edib.

Heqset vurğulayıb ki, Vaşinqtonun Kuba istiqamətində geniş seçim imkanları var və ABŞ administrasiyası bu imkanlardan istifadə etməyə tam hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR