Onlayn ictimai-siyasi qəzet
ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri, respublikaçı Rodjer Uiker Donald Trampın Ukraynaya dair 28 maddəlik sülh planını açıq şəkildə tənqid edib.
Musavat.com xəbər verir ki, o, bu sənədin “ciddi problemlər” daşıdığını və faktiki olaraq sülh gətirməyəcəyini bəyan edib.
Uiker bildirib ki, Trampın təqdim etdiyi “sülh planı” adlandırılan bu yanaşma nə Ukraynanın, nə də ABŞ-ın təhlükəsizliyinə xidmət edir:
“Bu planın ciddi problemləri var və onun sülh gətirəcəyinə çox şübhə ilə yanaşıram. Ukraynanı Putinə öz torpaqlarını verməyə məcbur etmək olmaz".
Senator vurğulayıb ki, Ukraynanın silahlı qüvvələrinin sayı və onların yerləşmə yeri ilə bağlı qərarlar yalnız Ukrayna hökumətinə və xalqına məxsus suveren məsələlərdir.
O əlavə edib ki, Putinə verilən istənilən zəmanətlər onun davranışını mükafatlandırmamalı və ABŞ-ın, eləcə də müttəfiqlərinin təhlükəsizliyini zəiflətməməlidir.
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ