Onlayn ictimai-siyasi qəzet
Türkiyə ilə Ermənistan arasında hava əlaqələrində yeni mərhələ başlayır.
Musavat.com xəbər verir ki, Türkiyənin milli aviadaşıyıcısı Türk Hava Yolları Ermənistanın paytaxtı İrəvan şəhərinə müntəzəm reyslərin icrasına start verir.
Məlumata əsasən, martın 11-dən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə gündəlik uçuşlar həyata keçiriləcək. Bu qərar iki ölkə arasında normallaşma prosesinin praktiki müstəviyə keçməsi kimi qiymətləndirilir.
Uçuşların sayı mərhələli şəkildə artırılacaq
Aviaşirkətin planına görə:
11 martdan – gündəlik reys
14 maydan – həftədə 10 reys
15 iyundan – həftədə 14 reys
Beləliklə, yay mövsümündən etibarən marşrut üzrə gündə iki uçuşun icrası nəzərdə tutulur.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ