Onlayn ictimai-siyasi qəzet
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 “Herkules” təyyarəsinin Gürcüstanda qəzaya uğramasından sonra aparılan axtarışlar nəticəsində təyyarənin “qara qutusu” aşkarlanıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “A Haber” telekanalının canlı efirində açıqlanıb.
Hadisə ilə bağlı istintaq davam edir, “qara qutunun” deşifrə olunması qəzaya səbəb olan amillərin dəqiq müəyyənləşdirilməsində həlledici rol oynayacaq.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ