Onlayn ictimai-siyasi qəzet
Mersinin Anamur rayonunda yerləşən Rüştü Kazım Yücelen orta məktəbində 12 yaşlı şagird məktəb direktoru Ender Karaya tüfənglə atəş açaraq ağır xəsarət yetirib.
Hadisənin səbəbi direktorun bir gün əvvəl məktəbə elektrik velosipedi ilə gələn şagirdə xəbərdarlıq etməsi ilə bağlıdır.
Dəhşətli anlar məktəbin təhlükəsizlik kameralarına düşüb. Ağır yaralanan direktor Mersin Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb və vəziyyətinin ağır olduğu bildirilir.
Hadisədən sonra şagird və atası saxlanılıb, məktəbdə dərslər bir gün dayandırılıb.
Jandarma araşdırmaları davam etdirir.
Milli.az
08 Iyun 2026
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ