Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Uşak vilayətinin Eşme rayonunun Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə sədri Yılmaz Tozan və həyat yoldaşı Burcu Tozan saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, bələdiyyə sədri və xanımı mənimsəmə və korrupsiya faktları ilə bağlı aparılan təhqiqat çərçivəsində saxlanılıblar.
Əməliyyat zamanı daha üç şübhəli şəxsin də saxlanıldığı bildirilir.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
Musavat.com
07 Iyun 2026
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ