İnsanlara hürriyət, millətlərə istiqlal!

Uitkoffdan SENSASİON İRAN AÇIQLAMASI - 11 nüvə bombası...

İranla ikinci görüşdən sonra Vaşinqton və Tehran arasında razılaşma əldə olunmasının mümkün olmayacağı aydın olub.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib.

"Birinci görüşdə hər iki iranlı nümayəndə utanmadan bizə açıq şəkildə dedi ki, onların 460 kiloqram 60%-lik zənginləşdirilmiş uran ehtiyatı var və bununla 11 nüvə bombası hazırlamaq olar", - Uitkoff deyib.

O əlavə edib ki, iranlılar "bütün nəzarət protokollarını aşaraq 11 nüvə bombasının hazırlanmasına nail olduqları üçün fəxr edirdilər".

Uitkoffun sözlərinə görə, həmin ilk görüşdə iranlılar həmçinin nüvə yanacağını zənginləşdirmək üçün "ayrılmaz hüquqa" malik olduqları ilə öyünüblər.

"Biz cavab verdik ki, prezident (Tramp – red.) sizin yolunuzda dayanmaq üçün ayrılmaz hüququmuz olduğuna inanır. Cared və mən sadəcə bir-birimizə baxıb dedik ki, "İndi həqiqətən çətin vəziyyətdəyik", - ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi bildirib.

Uitkoff bildirib ki, Tramp onu və Cared Kuşneri Tehranın raket proqramını ləğv etmək, "naviqasiya azadlığına sahib olmaq üçün" donanmasını ləğv etmək və uranın zənginləşdirilməsini dayandırmaq barədə danışıqları aparmaq üçün göndərib.

Lakin ikinci raunddan sonra aydın olub ki, razılaşma mümkün olmayacaq. Üçüncü raund isə son cəhd idi.

"Biz oraya getdik və onlarla ədalətli razılaşma əldə etməyə çalışdıq, amma artıq ikinci görüşün sonunda bunun mümkün olmayacağı açıq idi. Biz üçüncü görüşə isə son cəhd üçün qayıtdıq. Onlar istədilər ki, müsbət nəticə barədə məlumat verək. Amma görüş müsbət nəticələnmədi", - o deyib.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR