İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna atəşkəs təklifini geri götürə bilər - BMT-də sərt bəyanat

Ukrayna BMT Nizamnaməsinə uyğun olaraq ədalətli və davamlı sülhə nail olmaq üçün Moskva ilə birbaşa danışıqlara hazırdır. Lakin Kiyev bildirir ki, Ukraynanın səbri sonsuz deyil.

Musavat.com xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Onun sözlərinə görə, Ukrayna son 15 ay ərzində Təhlükəsizlik Şurasına tam və qeyd-şərtsiz atəşkəs barədə qətnamə qəbul olunması çağırışı edib.

“Təəssüf ki, Ukraynanın uzadılmış əli havada qalıb”, - deyə diplomat bildirib.

Melnik qeyd edib ki, əgər Təhlükəsizlik Şurası bundan sonra da gözləmə mövqeyində qalarsa, Kiyev Rusiya ilə bağlı atəşkəs təşəbbüsünə yenidən baxa bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR