Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusu Rusiyanın Belqorod şəhərinə raket zərbələri endirib. Şəhərə endirilən raket zərbəsi nəticəsində 2 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
Musavat.com xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Qubernatorun sözlərinə görə, mərmilər şəhərin infrastruktur obyektlərindən birinə dəyib.
Hadisə yerində iki nəfər ölüb. Yaralılardan birinin vəziyyəti ağırdır və o, regional klinik xəstəxanaya yerləşdirilib. Qəlpə yaraları alan digər iki nəfər isə 2 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilib.
Qladkov həmçinin enerji infrastrukturuna ciddi ziyan dəydiyini bildirib. Bir neçə rayonda elektrik enerjisi, istilik və su təchizatı kəsilib. Üç çoxmərtəbəli binanın pəncərələri qırılıb, fasadlar və avtomobillər zədələnib. Raket təhlükəsi siqnalı 12 dəqiqə aktiv olub.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ