Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiyanın Belqorod əyalətinə dron və raketlərlə zərbə endirib.
Musavat.com xəbər verir ki, əyalətdə yerləşən Miçurin İES-də partlayış və güclü yanğın qeydə alınıb.
Bundan əlavə, “Enerqomaş” zavodu da zərbə hədəfi olub.
Rusiya mətbuatı Belqorod vilayətində enerji və su təchizatının dayandığına dair məlumat yayır.
Moskva əyalətində də dron həyəcanı elan edilib. Şəhər rəhbərliyi 7 Ukrayna dronunun zərərsizləşdirildiyinə dair məlumat yayıb.
Musavat.com
03 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ