İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları Moskva səmasını qapatdı: Neft emalı zavodları yanır, körpülər dağıdılır

Ukrayna Rusiya paytaxtı və əyalətlərdə müxtəlif obyektlərə kütləvi dron hücumu həyata keçirir.

Musavat.com xəbər verir ki, dron zərbələri nəticəsində Rostov vilayətində Qukovo neft anbarında güclü yanğın başlayıb.

Krımda Ukrayna Şimali Krım avtomobil və dəmiryol körpülərini hədəf alıb. Hər iki körpüyə 20-dək dron zərbəsi endirilib.

Bundan əlavə, Ukrayna dronlarının hədəfi yenə Moskva şəhəri olub. Hazırda davam edən hücumda 40-dək dronun zərərsizləşdirildiyi elan olunsa da, hədəfə çatanlar da az deyil. Belə ki, Moskva meri Sergey Sobyaninin elan etdiyinə görə, “bir neçə dron” hava müdafiəsini yararaq yenidən Moskva Neft Emalı Zavoduna hücum etməyi bacarıb.

Mer bildirib ki, nəticələrin aradan qaldırılması üçün tədbirlər görülür. Sosial şəbəkələrdə isə zavodda başlanan güclü yanğının görüntüləri paylaşılır.

Bundan əlavə, mer Moskvada yerləşən Sadovod ticarət mərkəzinin ərazisi və binalardan birinə “yüngül” ziyan dəydiyinə dair məlumat da paylaşıb.

Moskvadakı bütün hava limanları işini dayandırıb, hücum davam edir.

@@TVmusavat/148975@@

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR