Onlayn ictimai-siyasi qəzet
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu nəticəsində Tula vilayətində Wildberries çeşidləmə mərkəzində yanğın baş verib və bir nəfər xəsarət alıb.
Musavat.com xəbər verir ki, məlumatı vilayət qubernatoru Dmitri Milyayev yayıb:
"Uçan aparat Wildberries çeşidləmə mərkəzinə düşüb və yanğına səbəb olub. Təcili yardım xidmətləri hadisə yerində işləyir. Yanğınsöndürmə briqadaları yanğını söndürür. İlkin məlumata görə, itki yoxdur, lakin bir nəfər yaralanıb”.
Wildberries-Russ mətbuat xidməti obyektin əvvəlcədən təxliyə edildiyini açıqlayıb. Cari çatdırılmaların qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb və digər obyektlərə yönləndirilib.
Tula vilayətinin qubernatoru həmçinin Venevski rayonundakı iki mənzil binasına və Novomoskovsk və Uzlovski rayonlarındakı iki sənaye obyektinə dəyən ziyan barədə məlumat verib. Milyayevin sözlərinə görə, ümumilikdə bölgə üzərində 107 Ukrayna pilotsuz təyyarəsi məhv edilib.
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ