İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna kəşfiyyatından SENSASİON ƏMƏLİYYAT - Rusiyanın silah yolu KƏSİLDİ

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Şimali Koreyadan Rusiyaya silah daşımaq üçün istifadə edilən Trans-Sibir Dəmir Yolunun bir hissəsində diversiya əməliyyatı keçirildiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə qurumun "Teleqram" kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə 13 noyabrda Xabarovsk diyarının Sosnovka yaşayış məntəqəsi yaxınlığında baş verib. Partlayış nəticəsində Trans-Sibir magistralı ilə yük qatarlarının hərəkəti tamamilə dayanıb.

Baş Kəşfiyyat İdarəsi vurğulayıb ki, Trans-Sibir xətti Rusiyanın əsas logistik dəmir yolu marşrutlarından biridir və buradan o cümlədən KXDR-dən gətirilən silah və sursat daşınırdı.

Kəşfiyyatın məlumatına görə, əməliyyat zamanı yük qatarı relsdən çıxarılıb və dəmir yolu infrastrukturu ciddi zədələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR