İnsanlara hürriyət, millətlərə istiqlal!

"Starlink"lər BLOKLANDI - Ukrayna ordusu rabitəsiz qaldı

Oktyabrın 14-ə keçən gecə Ukrayna ərazisində "Starlink" peyk rabitəsi terminallarının fəaliyyəti məhdudlaşdırılıb. Nəticədə "bir neçə vacib hərbi missiya" iflasa uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin keçmiş müşaviri Sergey Sternenko məlumat verib.

Onun sözlərinə görə, terminallar saatda 160 km-dən yüksək sürətlə hərəkət edərkən rabitə kəsilməyə başlayıb. Sternenko ehtimal edir ki, "SpaceX" şirkəti bu məhdudiyyətləri ABŞ prezidenti Donald Tramp administrasiyasının müraciəti əsasında tətbiq edib.

"Adi peyk rabitəsi terminalları isə fəaliyyətini davam etdirir", - deyə o qeyd edib.

Sternenko həmçinin iddia edib ki, Tramp "müdafiə qabiliyyətimizə zərbə vurmaq üçün hər cür imkan axtarırdı" və görünür, bu fürsətdən istifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR