İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı qadınlar da Aİ-yə hərbi xidmətdən yayınmadıqlarını sübut etməlidirlər

Ukraynadan Aİ-yə gələn bütün qaçqınlar, həm kişilər, həm də qadınlar, Avropada müvəqqəti qorunma statusu almaq üçün hərbi xidmətdən yayınmadıqlarını sübut etməlidirlər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Markus Lammert Brüsseldə keçirilən brifinqdə bildirib.

"Avropa İttifaqı Şurasının müvəqqəti qorunmanın uzadılması qərarı avqustun əvvəlində qüvvəyə minib. Lakin bu qərarı tətbiq etmək və qəbul qaydalarını müəyyənləşdirmək milli hakimiyyət orqanlarının öhdəsinə düşür. Aİ Şurasının qərarı tətbiqində kişilər və qadınlar arasında heç bir fərq qoymur", - deyə o vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR