Onlayn ictimai-siyasi qəzet
Naxçıvan Dövlət Universitetində Enerji idarəçisi (meneceri) vəzifəsi üzrə vakansiya elan edilib.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, enerji resurslarının səmərəli idarə olunması, enerji səmərəliliyinin artırılması və dayanıqlı inkişaf istiqamətində fəaliyyət göstərəcək əməkdaş axtarılır.
Qeyd olunub ki, energetika və texniki sahələrdə ali təhsili olan, müvafiq ixtisas üzrə azı 3 il iş təcrübəsinə malik şəxslərin müraciətlərinə baxılacaq.
Müvafiq tələblərə cavab verən namizədlər qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçiriləcəklər.
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ