Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə yeni 3000 (üç min) manatlıq əsginasın görüntüləri yayılıb.
Əsginasın bir üzündə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəkli, digər üzündə isə Şuşa qalası əks olunub.
Məsələ ilə bağlı Mərkəzi Bankdan oxu.az-a bildirilib ki, görüntülər saxtadır:
"Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tədavülə buraxılmış milli pul nişanlarının nominal strukturu yeddi ədəd kağız pul nişanından (1, 5, 10, 20, 50, 100, 200 manat) və altı ədəd metal pul nişanından (1, 3, 5, 10, 20, 50 qəpik) ibarətdir. Tədavüldə olan milli pul nişanlarına dair məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib: https://www.cbar.az/page-28/currency-in-circulation".
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ