İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaqarşapat seçkilərində “Mülki Müqavilə” partiyası qalib gəldi

Ermənistanda keçirilən yerli özünüidarəetmə seçkilərində hakim “Mülki Müqavilə” partiyası Vaqarşapat (Eçmiədzin) şəhərində qələbə qazanıb.

Musavat.com xəbər verir ki, "International Center on Development of Parliamentarism"in qeyri-rəsmi məlumatlarına əsasən, bütün 47 seçki məntəqəsinin bülletenləri sayıldıqdan sonra nəticələr belədir:

“Mülki Müqavilə” – 48,6%

“Qələbə” bloku – 31,8%

“Ana Ermənistan” – 5,4%

Ermənistan Mərkəzi Seçki Komissiyası hələlik bülletenlərin yarısından azının nəticələrini açıqlayıb, lakin rəqəmlər qeyri-rəsmi məlumatlarla praktiki olaraq üst-üstə düşür.

Qeyd olunur ki, “Mülki Müqavilə”nin Vaqarşapatdakı seçki qərargahında artıq qələbə bayramı başlayıb — yayılan kadrlarda partiya tərəfdarlarının nəticələri qeyd etdiyi görünür. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR