Onlayn ictimai-siyasi qəzet
İrəvanın “Nork-Maraş” inzibati rayonunun rəhbəri Mikael Adamyan həbsdən qayıdan Vaqif Xaçatryanın ürəyində aparılan əməliyyatla bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Xaçatryana bioloji protez yerləşdirilib və cərrahi müdaxilə heç bir fəsad olmadan, uğurla başa çatıb. Hazırda pasiyent reanimasiya şöbəsindədir, vəziyyəti stabil ağır qiymətləndirilir.
Adamyan bildirib ki, Xaçatryan kifayət qədər möhkəm və sağlam insandır və həkimlərin proqnozuna əsasən, uzunömürlü olacağı gözlənilir.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ