Onlayn ictimai-siyasi qəzet
ABŞ Dövlət Katibi Marko Rubio Yunanıstanın "Kathimerini" qəzetinə verdiyi müsahibədə Vaşinqtonun Yunanıstan və Türkiyə arasında hər hansı hərbi münaqişənin baş verməsinə heç vaxt icazə verməyəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, amerikalı diplomat iki ölkə arasında mümkün qarşıdurma ssenarisini "ağıldankənar" adlandırıb.
Rubio vurğulayıb ki, həm Yunanıstan, həm də Türkiyə Birləşmiş Ştatların NATO üzrə mühüm müttəfiqləridir və ehtimal olunan qarşıdurma nə Afinaya, nə Ankaraya, nə də Vaşinqtona hər hansı fayda gətirməz.
ABŞ Dövlət Katibi belə bir toqquşmanın baş verəcəyinə inanmadığını ifadə edərək, Birləşmiş Ştatların iki tərəfdaş ölkə arasında yaranan istənilən anlaşılmazlığı və fikir ayrılığını ictimai qalmaqallar vasitəsilə deyil, qapalı diplomatiya kanalları ilə həll etməyə üstünlük verdiyini diqqətə çatdırıb.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ