İnsanlara hürriyət, millətlərə istiqlal!

Veyp çəkmək ölüm riskini artırır: orqan çatışmazlığına aparan təhlükə

Aparılan yeni araşdırma elektron siqaretlərin sağlamlıq üçün ciddi təhlükə yaratdığını ortaya qoyub.

Musavat.com xəbər verir ki, mütəxəssislərin nəticələrinə görə, müntəzəm olaraq veyp istifadə edən şəxslərdə ağır infeksiyaların və xroniki obstruktiv ağciyər xəstəliyinin (XOAX) yaranma riski təxminən 50 faiz daha yüksəkdir.

Qeyd olunur ki, XOAX tədricən ağırlaşaraq orqan çatışmazlığına səbəb ola bilər. Diaqnoz qoyulduqdan sonra isə bir çox hallarda xəstələrin ömür müddəti 10 ildən artıq olmur.

Araşdırma zamanı həmçinin müəyyən edilib ki, elektron siqaretlər:

Ağciyərlərin immun müdafiəsini zəiflədir

Ağır və uzunmüddətli infeksiyaların riskini artırır

Diş və diş ətlərinin vəziyyətini pisləşdirir

Tənəffüs yollarında iltihabı gücləndirir


Ekspertlər bildirirlər ki, risk səviyyəsinə görə veyplər ənənəvi siqaretlərlə müqayisə edilə bilər. Buna görə də onlar hər kəsə tamamilə siqaretdən imtina etməyi tövsiyə edirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR