İnsanlara hürriyət, millətlərə istiqlal!

Virus infeksiyası zamanı ev səraitində hansı tədbirlər görülməlidir? - AÇIQLAMA

“Virus infeksiyası zamanı ilk növbədə uşağa rahat və sakit istirahət şəraiti yaradılmalıdır”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova açıqlayıb.

Onun sözlərinə görə uşaq kifayət qədər yatmalı, fiziki və zehni yüklənmədən uzaq saxlanmalıdır: “Otağın havası təmiz olmalı, gündə bir neçə dəfə havalandırılmalıdır. Xəstəlik dövründə uşağın orqanizmi çox maye itirdiyi üçün bol maye qəbulu xüsusilə vacibdir. Uşağa tez-tez, az miqdarda su, kompot, ilıq çay və şorba verilməsi tövsiyə olunur. Ana südü alan körpələrdə ana südü mütləq davam etdirilməlidir”.

Pediatr qeyd edib ki, qidalanma yüngül və asan həzm olunan olmalıdır: “Uşağı zorla yedirtmək olmaz. Yağlı, qızardılmış və ağır yeməklərdən uzaq durmaq, ev şəraitində hazırlanmış sadə yeməklərə üstünlük vermək məsləhətdir. Bundan əlavə, gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Uşağın əlləri tez-tez yuyulmalı, onun şəxsi dəsmalı və qab-qacağı ayrılmalıdır. Bu, virusun ailənin digər üzvlərinə keçməsinin qarşısını alır. Dərmanlar yalnız həkim məsləhəti ilə verilməlidir. Özbaşına antibiotik və digər dərmanların istifadəsi uşağın sağlamlığı üçün təhlükəlidir və ağır fəsadlara səbəb ola bilər”.

S.Cəfərova sonda bildirib ki, əgər uşağın qızdırması 3 gündən artıq davam edirsə, davamlı qusma, səpgi və ya həddindən artıq halsızlıq müşahidə olunursa həkimə müraciət etmək lazımdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR