İnsanlara hürriyət, millətlərə istiqlal!

Xamenei evdən çıxarkən vurulub: Tehran meri təfərrüatları açıqladı

Tehran meri Əlirza Zəkani İranın ali lideri Müctəba Xameneinin evinə raketin birbaşa düşməsi nəticəsində baş verən faciədən danışıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Müctəba Xamenei həyat yoldaşı ilə birlikdə evdən çıxmağa hazırlaşarkən raket onların yaşadığı evə düşüb.

Zəkani bildirib ki, Xameneinin həyat yoldaşı həlak olub, özü isə yaralanıb.

O qeyd edib ki, aldığı yaraya baxmayaraq, hazırkı dini lider namazdan yayınmayıb.

“Orada olan və ona kömək edən insanlar danışırdılar... Onların dediklərindən biri belə idi: "Biz tikiş qoymaq istəyirdik, ona sakitləşdirici dərmanlar, anesteziya verirdik...", amma o, daim namaz barədə narahat olurdu”, – deyə Tehran meri bildirib.

@@TVmusavat/152802@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR